Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğuzda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Oğuz rayonunda yol qəzası nəticəsində 1 nəfər ölüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının Dəymədərə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Samir adlı yerli sakin idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib və maşın yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »