Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” məğlub oldu, Kral kuboku “Valensiya”da - Video

İspaniya kubokunda final oyunu keçirilib.

“Barselona” və “Valensiya” klubları Sevilyada üz-üzə gəliblər.

Ölkə çempionu adını qazanan barselonalılar “Qızıl dubl” etmək arzusunu gerçəkləşdirə bilməyib. Kubokun 30 qat qalibi oyunun ilk yarısında buraxdığı iki qoldan yalnız birinin əvəzini çıxa bilib.

Bununla da “Barselona”nın İspaniya kubokundakı hegemonluğu başa çatıb. Son 4 mövsümdə yarışın qalibi olan kataloniyalılar mükafatın Valensiyaya getməsi ilə barışıblar.

Bu, “Valensiya”nın tarixində 8-ci ölkə kuboku olub. “Yarasalar” bu mükafatı sonuncu dəfə 11 il öncə - 2008-ci ildə qazanmışdılar.

İspaniya kuboku

Final

“Barselona” – “Valensiya” – 1:2

Messi, 73 – Qameyro, 21, Rodriqo, 33

ona.az

Son xəbərlər
Bütün xəbərlər »