Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Külək Qusarda evlərin damını uçurub, rayon işıqsız qalıb

Güclü külək Qusarda fəsadlara səbəb olub.

Oxu.Az-ın verdiyi məlumata görə, nəticədə Qusar şəhər 2 saylı məktəbin dam örtüyü uçub.

Rayonun bəzi kəndlərində külək yaşayış evlərinin damına ziyan vurub. Ağacların yollara aşması nəticəsində bəzi istiqamətlərdə avtomobillərin hərəkəti məhdudlaşıb. Rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib, elektrik enerjisinin verilişi dayandırılıb.

Dəyən ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Son xəbərlər
Bütün xəbərlər »