Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərə böhran yaşayır: Xalq da təsdiqlədi

“Sky Nyus” kanalı İngiltərənin Baş naziri Tereza Meyin istefa qərarı verməsindən sonra ölkə ərazisində keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, 999 nəfər arasında keçirilən sorğuda iştirakçıların 65 faizi hazırda İngiltərənin böhran yaşadığını, 28 faizi bunun həqiqəti əks etdirmədiyini söyləyib, 8 faiz isə bitərəf qalıb.

Sorğuda iştirak edənlərin 73 faizi ingilis xalqının son bir neçə ildə daha çox bölündüyünü, 10 faizi sıx birləşdiyini, 6 faizi isə heç bir dəyişiklik baş vermədiyini bildirib. Sorğu iştirakçılarının 11 faizi isə münasibət bildirməkdən çəkinib.

Qeyd edək ki, T.Mey 7 iyunda istefaya gedəcəyini açıqlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »