Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda zəlzələ oldu

İranın qərbində yerləşən Kirmanşah vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Modern.az-ın məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi xəbər verib.

Xəbərə görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 14:50-də Cavanrud rayonunun 19 kilometrliyində qeydə alınıb.

Təlafat barədə məlumat verilmir.

Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər yaralanmışdı.

Son xəbərlər
Bütün xəbərlər »