Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət Venesuelanın ABŞ-dakı səfirliyini ələ keçirdi - Video

Venesuela müxalifətinin lideri Xuan Quaydonun tərəfdarları ölkənin ABŞ-dakı səfirliyinin binası üzərində nəzarəti ələ keçiriblər.

Publika.az xəbər verir ki, bu haqda Venesuela Milli Assambleyasının lideri Xuan Quaydonun nümayəndəsi Karlos Vekkyo bildirib.

“Bizim səfirliyimiz azaddır. Diktaturanın sonu yaxınlaşır”, - Karlos Vekko tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, hazırda uzun müddət səfirlik binasını öz nəzarətləri altında saxlayan Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları - Amerika fəallarının binaya vurduğu ziyan qiymətləndirilir. Müxalifət nümayəndəsi qeyd edib ki, ziyanın ölçüsü əhəmiyyətlidir və binanın tam bərpası üçün müxalifətə uzun müddət lazım olacaq.

Son xəbərlər
Bütün xəbərlər »