Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada məzun deputata hücum etdi - Video

Rusiyanın Mari El Respublikasının Yurino qəsəbə məktəbinin məzunu son zəngdə çıxış edən deputata zərbə endirib.

Bu barədə bölgənin xəbər portalında məlumat yayılıb.

Belə ki, şagird “Vahid Rusiya” (Единой России) partiyasının deputatı Yekaterina Vahidovaya son zənglə bağlı çıxış edəndə hücum edib.

Kadrlardan görünür ki, şagird insanların içindən qaçaraq qadının başına zərbə endirir. Onu sonradan zaldan çıxarırlar. Şahidlər Vahidovanın ağlayaraq nitqini yekunlaşdırdığını deyirlər.

Məktəblilərin sözlərinə görə, hücum etməzdən əvvəl oğlan deputatın olduğu partiya ilə bağlı narazılığını bildirib. Vahidovanın çıxışından əvvəl o, qışqıraraq təhqirlər yağdırıb. Psixoloq deyir ki, bu cür aqressiyanın səbəbi neqativ hissləri uzun müddət içində saxlamaq və ya psixi xəstəlik ola bilər.

Faktla bağlı araşdırmalar aparır. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »