Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korrupsionerlərin sərvətini kasıblara paylayacaqlar

Meksika hökuməti maraqlı qərar qəbul edib. Korrupsionerlərin mülkiyyətini və avtomobillərini hərracda sataraq kasıblara paylayacaqlar.

Bizimyol.info xəbər verir ki, proqram “Robin Qud” adlanır. Hərracdan daxil olacaq vəsait sosial layihələrə yönəldiləcək. Ölkə prezidenti Andres Manuel Lopes Obrador müsadirə olan pulların yalnız kasıblara veriləcəyini deyib.

Andres Manuel Lopes Obrador Andres Manuel Lopes Obrador | Foto: Getty Images

İlk hərrac mayın 26-da Los-Pinosdakı prezident iqamətgahında baş tutacaq. “Lamborghini Murciélago”, “Mercedes-Benz”, “Chevrolet”, “Posche” markalarından 82 avtomobil satışa çıxarılacaq. İlkin qiymətin 1,5 milyon dollar olduğu bildirilir.

Hərracda daha üç villa təklif olunacaq. Bunlardan biri siyasətçinin əlindən alınıb. Müxalifət iqtidarın aksiyasını populizm adlandırıb.

Son xəbərlər
Bütün xəbərlər »