Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Plutonda mistik okean: Sərt şaxtalarda da suyu donmur

Plutonda nəhəng okean var. Bu haqda “Nature Geoscience” jurnalında yazılıb. Həmin okean xüsusi su formasından ibarətdir.

Bizimyol.info xəbər verir ki, okeanda su heç vaxt donmur. Hətta temperatur çox aşağı olsa, belə.

Hələ 2015-ci ildə “Yeni üfüqlər” zondu Günəş sisteminin ucqarından fotolar göndərəndə mütəxəssisləri təəccübləndirmişdi. Plutonda massiv aysberqlər və düzənliklər gözə dəyirdi. Orada hava çox soyuq olduğundan maye istənilən halda donur. Hətta azot da mənfi 200 dərəcə temperatur üzündən bərk formada olur. Amma şəkillər göstərirdi ki, donmayan okean var. Yaponlardan və amerikalılardan ibarət tədqiqat qrupu bunun izahını tapıb.

Yaponiyanın Hokkaydo Universitetindən Şuniçi Kamata hesab edir ki, Plutonun səthində suyu sıx vəziyyətdə saxlayan amil metan hidratları ola bilər. Astronomlar bu cür qazların okeanı soyuqdan qoruduğunu. Pluton okeanında xüsusi su növü var: buzun kristal qövsünü qaz molekulları tutur, klatratlar yaranır. Qaz hidratlarında istilik keçiriciliyi aşağıdır. Buna görə də istiliyi yaxşı saxlayırlar və okeanla buz qatı arasında izolyasiya edən təbəqə kimi qalırlar.

Son xəbərlər
Bütün xəbərlər »