Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisləri məktəbli gəncin həyatını xilas edib - Video

Cəlilabadda yol polisi məktəblinin həyatını xilas edib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Yol Patrul Xidmətinin əməkdaşı, baş çavuş Rauf Məmmədov ərazidə xidmət apararkən yol kənarında azyaşlının yerə yıxıldığını görüb. Hadisə yerinə yaxınlaşdıqda isə məlum olub ki, 16 yaşlı Şamxal Həşim oğlu Bağırov qıcolma nəticəsində özündən gedib. Huşsuz vəziyyətdə olan məktəblini yol polisi dərhal xidməti avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin vaxtında müdaxiləsindən sonra Ş.Bağırovun vəziyyəti sabitləşib.

Son xəbərlər
Bütün xəbərlər »