Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana insanı öldürən məhsulun idxalı azalıb

2019-cu ilin I rübündə Azərbaycana 18 milyon 748 min dollar dəyərində siqaret idxal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,8% azdır. Bu barədə hökumətdən məlumat verilib.

Hesabat dövründə Azərbaycana siqaretin əsas tədarükçüsü Ukrayna olub. Bu ölkədən 15 milyon 959 min dollar dəyərində (azalma 14,5%) siqaret idxal olunub. Bütövlükdə, respublikaya siqaret idxalının 85,1%-i Ukraynanın payına düşüb.

Bundan başqa, yanvar-mart aylarında Rusiyadan Azərbaycana 1 milyon 792 min dollar (azalma 11,9%), Belarusdan isə 997,4 min dollar dəyərində (artım 40%) dəyərində siqaret idxal edilib.

2018-ci ildə Azərbaycana 152 milyon 392 min dollar (259 milyon manat) dəyərində siqaret idxal olunub ki, bu da 2017-ci ilin göstəricisindən 4,7% azdır. (marja.az)

Son xəbərlər
Bütün xəbərlər »