Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
100 yaşını qeyd edən qadın uzunömürlülüyün sirrini açır - Foto

Yeni Zelandiyada yaşayan Myuriel Barbara 100 yaşını qeyd edib. O, uzunömürlülüyün sirri haqda da danışıb.

Bizimyol.info xəbər verir ki, Myurielin 4 övladı, 12 nəvəsi, 21 nəticəsi, 5 kötücəsi var. Uzunömürlü qadın buna görə sağlam yuxu və balanslı qidaya minnətdar olduğunu bildirib: “Özümü bu yaşda hiss etmirəm. Uşaqlarla vaxt keçirməyi çox sevirəm. Yaxşı dil tapırıq”.

Myuriel Barbara Myuriel Barbara | Foto: Peter McIntosh / odt.co.nz

Myuriel 73 il əvvəl Entoniyə ərə getdiyini xatırlayır. 18 illik ailə həyatından sonra əri vəfat edib. Barbara bütün ömrü boyu yaxşı qazanmağa çalışıb. Çox yerdə işləyib. Əsasən şirniyyat hazırlanması ilə məşğul olub. Qadın deyir ki, həmişə fəal həyat tərzi keçirib. Rəqslə məşğul olub, idmana gedib. Hokkey oynayıb, fiqurlu könkisürməyə vaxt ayırıb.

Şənbə günü ona xüsusi doğum günü keçiriləcək. Qonaqlığa 100-ə qədər adam çağırılıb.

Son xəbərlər
Bütün xəbərlər »