Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şerlok Holms və Doktor Vatsonın yaradıcısı haqda bilmədiyimiz faktlar

160 il əvvəl Şotlandiyanın Edinburq şəhərində irland katoliklərinin ailəsində Artur İqneyşus Konan Doyl dünyaya gəlmişdi. Sonradan Böyük Britaniyanın ən məşhur yazıçılarından birinə çevriləcəkdi.

Bizimyol.info xəbər verir ki, BBC Şerlok Holms və Doktor Vatson obrazlarının yaradıcısı haqda material hazırlayıb. Buradan öyrənirik ki, 1900-cu ildə Artur Konan Doyl Böyük Britaniyada ən çox qazanan yazıçı olub. Ginnesin Rekordlar Kitabı onu obrazları ən çox ekranlaşdıran yazıçı sayır. İndiyə qədər qəhrəmanları haqda 210 film çəkilib.

Konan Doyl hələ 19 yaşında tələbə olarkən yazmağa başlamışdı. İlk əsəri “Sirli Sesassa vadi”si olub. Yeddi il sonra Şerlok Holms və Doktor Vatsonu yaradıb. Əvvəlcə qəhrəmanlarını Şeridan Houp və Ormond Seker adlandırmaq istəyib. Son anda fikrini dəyişib. Şerlok Holmsun adı 56 əhvalatında və 4 povestində keçir.

Artur İqneyşus Konan Doyl Artur İqneyşus Konan Doyl, 1925. Foto: Topical Press Agency / Hulton Archive / Getty Images

Konan Doyl Holmsa görə məşhur yazıçı Bernard Şou ilə mübahisə edib. Çünki Şou xəfiyyəni heç bir yaxşı xüsusiyyəti olmayan narkoman adlandırmışdı.

Böyük Britaniyada az qala hamı inanır ki, Holms real həyatda da olub. Halbuki bu obraz yalnız Konan Doylun təxəyyülünün məhsuludur.

Edinburq Universitetinin professoru Cozef Belli Holmsun prototipi sayırlar. Bellin xırda detallar sayəsində insan xarakterini və keçmişini müəyyənləşdirmək qabiliyyəti vardı. Amma yazıçının oğlu deyir ki, atası “Holms varsa da, o mənəm” söyləyirmiş.

Daha çox Doktor Vatsonu Konan Doylun prototipi adlandırırlar. Hərçənd, yazıçı memuarlarında 40 il birlikdə işlədiyi katibi Alfred Vudun adını çəkirdi.

Hələ də doktorun soyadının Vatson, yoxsa Uotson yazılmasının mübahisəsi gedir. Çünki soyad ingiliscə “Watson” yazılır. Səslənmə isə “Uotson”a daha yaxındır.

Konan Doyl idmanı çox sevib, müxtəlif növlərlə məşğul olub. Bilyard oynamaq da xoşuna gəlirmiş.

Son xəbərlər
Bütün xəbərlər »