Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən varlı adamı "kasıblayıb"

Planetin ən zəngin insanı sayılan Ceff Bezos pul itirməkdə davam edir. Onun sərvəti 113 milyard dollara düşüb. Halbuki bir vaxtlar 150 milyard həddini keçmişdi.

Bizimyol.info xəbər verir ki, Bezos son bir ildə 11,5 milyard dollar itirib. Üstəlik, həyat yoldaşı Makkenzi ilə boşanmaq da ona baha başa gəldi. Ceffin nikahın pozulmasına görə təxminən 35 milyard dolları getdi. Bunun sayəsində Makkenzi dünyanın ən varlı adamlarının siyahısında 22-ci yerdə qərarlaşıb.

Bill Qeyts Bill Qeyts

Bill Qeyts siyahıda yenə ikinci pillədədir. “Microsoft”un rəhbərinin 102 milyard dolları var. Fransız iş adamı Bernar Arno üçüncü (88,3 milyard), amerikalı Uorren Baffett isə dördüncüdür (83,4).

Bernar Arno Bernar Arno

Ümumiyyətlə, son aylar dünyanın varlı adamları sərvətini artırmaqda çətinlik çəkir. İlk 500-lükdəki insanların 67-si pul itirib. Ən çox itkiyə məruz qalan məhz Ceff Bezosdur.

Son xəbərlər
Bütün xəbərlər »