Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Arsenal” və “Çelsi” Bakı finalının biletlərini qaytarır

Bakıda keçiriləcək Avropa Liqasının final oyununun hər bir iştirakçısına 6000 bilet ayrılıb. “Arsenal” və “Çelsi”nin biletlərin hamısına ehtiyacı yoxdur.

Bizimyol.info xəbər verir ki, İngiltərə klubları biletlərin bir hissəsini geri qaytarır. Halbuki “Arsenal” məhz say azlığından şikayət edirdi.

“Arsenal” ayrılan biletlərdən 3,5, “Çelsi” isə 2 minini satıb. Klublar qalan biletləri qaytarmaq qərarına gəliblər. Beləcə, bizim futbolsevərlərə yeni imkanlar yaranıb.

İngilis azarkeşlər oyuna marağın azlığını təyyarə biletlərinin qiymətinin yüksək olması, hava limanının buraxılış imkanlarının məhdudluğu, oyunun gec başlaması, viza problemləri və Bakı otellərinin qiymətlərinin adekvat görünməməsi ilə əsaslandırıblar.

Bakı Olimpiya Stadionu Bakı Olimpiya Stadionu

İndiyə qədər stadiona cəmi 23 min bilet satılıb.

Son xəbərlər
Bütün xəbərlər »