Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Panasonic" şirkəti "Huawei" ilə əməkdaşlığın dayandırması xəbərini təkzib edib

Yaponiyanın "Panasonic" şirkəti ABŞ tərəfdən edilən təzyiqlərin artması fonunda Çinin "Huawei" şirkəti ilə əməkdaşlığı dayandırmasına dair yayılan xəbərləri təkzib edib.

Fins.az xəbər verir ki, Yaponiya şirkəti yaydığı bəyanatda "Huawei" üçün tədarüklərin adi qaydada davam etdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Huawei" şirkətini ABŞ bazarından tamamilə ayırmaq üçün fövqəladə vəziyyət rejimi elan edib. "Google", "Qualcomm", "Intel", "Broadcom" və digər mikroçip və proqram təminatı istehsalçıları Çin şirkətləri ilə əməkdaşlığı dayandırıb.

Son xəbərlər
Bütün xəbərlər »