Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-la heç bir danışıq olmayacaq"

İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü:"İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq".

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Milli Ali Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi deyib.

O bildirib ki, müxtəlif ölkə rəsmilərinin İrana səfərlərinin sayı çoxalıb: “Onların çoxu Amerika Birləşmiş Ştatlarından gəlir. Bu səfərlərin bəzisi mətbuata verilir, bir çoxu isə gizlin qalır. İran İslam Respublikasının əsas siyasəti onların diqqətinə çatdırılıb. Açıq-aşkar demişik ki, ölkəmizin hüquqlarını təmin etmədikcə, sözdən əmələ doğru addım atmadıqca, İran ilə ABŞ arasında heç bir danışıq olmayacaq”.

Son xəbərlər
Bütün xəbərlər »