Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oyuncaq tapança ilə “zapravka” soyanlara cəza tələbi

Oyuncaq tapança ilə yanacaqdoldurma məntəqəsinə basqın etməkdə ittiham edilən şəxslərə cəza istəinlib.

Vizimyol.info xəbər verir ki, quldurluqda ittiham edilən 1995-ci il təvəllüdlü Tural Qarayev və 1988-ci il təvəllüdlü Məhəmməd Mirzəyevin cinayət işi üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, Tural Qarayev və Məhəmməd Mirzəyevin hər birinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hadisə bu il yanvarın 11-də Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində baş verib.

Təqsirləndirilən şəxslər operatorları tapançaya oxşar əşya ilə hədələyərək pul tələb ediblər. Müqavimətlə rastlaşdıqları üçün hadisə yerindən qaçıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Qarayev və Məhəmməd Mirzəyev saxlanılıblar.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »