Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni vağzal və ətrafı barədə reportaj - Fotolar
Mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dövlət başçısına Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə görülən işlər barədə məlumat verib.

Lakin məsələnin digər xoşagəlməz yanı yenilənmiş və müasir standartlara uyğun vağzalın ətrafındakı antisanitar vəziyyətdir. Redaksiyamıza bu barədə məlumat daxil olduqdan sonra əməkdaşımız sözügedən ünvanda olub və müşahidələr aparıb.

Belə ki, vağzalın ətrafını dövrəyə alan iaşə obyektləri, Sabunçu bazarı və antisanitar kafelər olduqca pərakəndə və dağınıq görkəmdədir. Sabunçu bazarı isə müharibədən sonra toparlanmağa çalışan şəhəri xatırladır. Ərazidəki kafelər isə olduqca natəmiz və antisanitar vəziyyətdədir. Zibillikdə çəkilən 2-3 manata kabablar, hisə verilmiş qazan yeməkləri, üfunət qoxuyan salonlar, qıçları qırıq masalar, mənşəyi məlum olmayan ətlər, baş çatladan sallaqxana qoxusu və s. yenicə istifadəyə verilən vağzala demək olar ki, xələl gətirir.

Əməkdaşımızın ərazidən çəkdiyi fotoşəkilləri oxucularımıza təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »