Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq deputata qarşı dələduzluq edənə hökm oxundu

Sərməs Tağıyev məhkəmə zalından azadlığa buraxılıb

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadəyə qarşı dələduzluq etməkdə təqsirləndirilən Sərməs Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun sədrlik etdiyi kollegiyanın hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalında azadlığa buraxılıb.

S.Tağıyev İ.Ağazadənin etibarından sui-istifadə edərək onun 165 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilib.

Ona qarşı Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən İ.Ağazadə təqsirləndirilən S.Tağıyev tərəfindən ona qarşı 165 min manatlıq dələduz edildiyini təsdiq edib, ziyanın ödənildiyini, S.Tağıyevdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.

S.Tağıyev daha əvvəl də eyni maddə ilə mühakimə olunub. O, bir neçə şəxsə ipoteka krediti götürıcəyini vəd edərək onlarda 100 min manatdan artıq pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən təqsirləndirilənin verdiyi şikayətə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin S.Tağıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, o, azadlığa buraxılıb.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »