Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Arsenal" azarkeşləri Bakıdakı finaldan öncə təxribat törədiblər

İngiltərənin "Arsenal" klubunun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.

"Report" "The Sun"a istinadən xəbər verir ki, fanatlar "Twitter" sosial şəbəkəsində "Çelsi"nin futbolçuları N Qolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.

Onlar hər üç futbolçunun erməni olduğu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.

Riçard adlı "Twitter" istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.

Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Ehtimal olunur ki, "Arsenal"-ın Azərbaycan əleyhinə açıqlamalarından sonra Bakıda yerli azarkeşlər "Çelsi"-ni dəstəkləyəcəklər. "Arsenal" azarkeşlərinin yalan məlumatları da  bu mövzuda çaşqınlıq yaratmağa hesablanıb.

Son xəbərlər
Bütün xəbərlər »