Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nigar Camal da DNT analizi verdi

"Eurovision 2011" qalibi Nigar Camal da yarışma tərəfindən aparılan DNT analizinə müraciət edib.

Milli.az bildirir ki, müğənni artıq ötən gün testi yoxlamaq üçün göndərdiyini bildirib.

"Eldara artıq cavab gəldi. İndi mən də baxım genetika bizi haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqadan çıxıb, 4 həftə sonra biləcəm", - Nigar bildirib.

Qeyd edək ki, bundan əvvəl "Eurovision 2011" qalibi Eldar Qasımov da DNT analizinə müraciət edib. "Şokdayam... Bir müddət öncə "Eurovision"ın rəsmi tərəfdaşından layihədə iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdim. DNT analizinin əsasında köklərimi öyrəndilər və test nəticələri gəldi.

78,4 faiz Qərbi Asiya, 11,6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz İtaliya əsillidir" - deyə, o, bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »