Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artıq çəki valideynlərdən keçən xəstəlik ola bilər

Artıq çəki müasir dünyanın əsas sağlamlıq problemlərindəndir. Planetin milyonlarla sakini bununla mübarizə aparır.

Bizimyol.info xəbər verir ki, artıq çəki bizə həm də valideynlərimizdən keçə bilər. Bu haqda Rusiyanın “Arqumentı i Faktı” qəzeti material dərc edib. Yazıda hər iki valideynin artıq çəkidən əziyyət çəkməsinin uşağın piylənmə riskini 5-15 dəfə artırdığını bildiriblər.

Xüsusilə yeniyetmə vaxtı ehtiyatlı olmaq lazımdır. Erkən yaş dövrlərində artıq çəki piylənmə faizini artırır. Təxminən 17 faiz kök yaşamaq ehtimalı çoxalır. Valideynlərdən ikisinin yox, birinin artıq çəkidən əziyyət çəkməsi də uşağa yaxşı gələcək vəd etmir.

Bu məsələdə ana və ya atadan hansının daha böyük təsiri olması müzakirə predmetinə çevrilməməlidir. Çünki hər iki xətdən təhlükə gələ bilər.

Valideynlərinizin artıq çəkili olması o anlama gəlmir ki, siz də bu taleyi yaşayacaqsınız. Hər şey həyat tərzindən, vərdişlərdən asılıdır. Sadəcə, valideynlərin bu problemi sizdə məsələyə daha məsuliyyətli yanaşma yaratmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »