Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir evə beş dəfə oğurluğa girdi

Rusiyanın Kurqan şəhərində belə maraqlı, həm də qəribə hadisə baş verib. Oğru bir evə beş dəfə girməyə cürət edib.

Bizimyol.info xəbər verir ki, Omsk küçəsinin sakinləri polisə məlumat veriblər. Qəribəsi həm də odur ki, mənzil sahibi oğurluqdan yalnız beşinci cəhddən sonra xəbər tutub. Sonradan polisin ələ keçirdiyi 39 yaşlı oğru ev yiyəsinin uzun müddət kənarda olmasından istifadə edib. O, hər dəfə mənzilə pəncərədən girərək, hissə-hissə əşyaları daşıyırmış. Beləcə, oradan televizor, noutbuk, zinət əşyaları aparmağı bacarıb. Ümumilikdə ev sahibinə 90 min rubl (təxminən 1400 dollar) zərər vurub. Əşyaları müxtəlif mağazalara ucuz təhvil verərək pulunu xərcləyirmiş.

Oğru barədə məhkəmə artıq qərar da çıxarıb. O, beş il azadlıqdan məhrum edilib.

Son xəbərlər
Bütün xəbərlər »