Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir həftədə iki dəfə Everstə çıxdı, rekord qeydə alındı - Foto

Nepal sakini Kami Rita Yer kürəsinin ən yüksək nöqtəsi sayılan Everestə çıxmaq üzrə dünya rekordunu rəsmiləşdirib. Asiyalı bir həftə ərzində ardıcıl iki dəfə zirvəni fəth etməklə sayı 24-ə çatdırıb və tarixə düşüb.

Bizimyol.info xəbər verir ki, Hindistanın NDTV telekanalı hadisə haqda reportaj hazırlayıb. Reportajda Kaminin tibetlilərin xələfi sayılan şerp xalqının nümayəndəsi olduğu bildirilib.

Kami Rita Kami Rita | Foto: Prakash Mathema / AFP / Getty Images

Rita ilk dəfə Everestə 1994-cü ildə çıxmışdı. O vaxtdan bəri hər il ekspedisiyaya qoşulur.

Kaminin yaxınları elə bu ərazilərdə yaşayır. Şerplərin tarixi orta əsrlərə gedib çıxır. Son 30 ildə sayları çox artıb. İndi Hindistanda təxminən 154 min şerp yaşayır. Onların arasında xeyli alpinist var.

Rita mayın 15-də Everestə 23-cü yüksəlişi zamanı uğuru öz xalqına həst etdiyini bildirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »