Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mesut Özil: "Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək!"

İngiltərənin “Arsenal” futbol klubunun türk əsilli futbolçusu Mesut Özil şəxsi İntagram hesabında Avropa Liqasının Bakda keçiriləcək final oyunu ilə bağlı paylaşım edib. Müxtəlif illərdə Bakıda çəkdirdiyi fotolardan ibarət kollaj yerləşdirən futbolçu aşağıdakı şözləri yazıb:

“Azərbaycanlı qardaşlarım, Bakıda görüşənədək!”.

Qeyd edək ki, bundan əvvəl “Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfinin ən yüksək səviyyədə təhlükəsizlik zəmanətinə baxmayaraq , müxtəlif bəhanələr gətirərək, Bakıya gəlməkdən imtina edib. Azərbaycanın tərəfi bu bəhanələrə qarşı dəfələrlə yüksək səviyyədə təhlükəsizliyin təmin ediləcəyini bildirib.

Hətta, məsələ ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə “Sky Sport News” nəşrinə verdiyi müsahibədə Mxitaryanı məsələni siyasiləşdirməməyə və Bakıya gəlib oyununu oynamağa dəvət edib.

“Bu, mötəbər bir idman yarışıdır. Əgər bunun ətrafında siyasi oyunların oynanılması qarşıya məqsəd qoyulubsa, başqa məsələ. Amma sən siyasətçi deyilsən, pulu da sənə top qovmağına görə verirlər, ona görə gəl, bütün qalan məsələləri kənara ataq”, - deyə azərbaycanlı səfir bildirib.

https://www.instagram.com/p/BxxMjjbiQUX/

Son xəbərlər
Bütün xəbərlər »