Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tövsiyə edilməsə də, enerji içkiləri məktəblilərə satılır - Fotofakt

Enerji içkilərinin zərərləri barədə zaman-zaman mətbuatda çoxsaylı məqalələr dərc edilib. Lakin buna baxmayaraq hələ də enerji içkilərinin satışı həyata keçirilir.

Məsələnin maraqlı məqamı isə enerji içkilərinin bəzilərinin üzərində 18 yaşına çatmamış yeniyetmələrin, yuxusuzluqdan və ürək fəaliyyətinin pozuntusundan şikayət edən xəstələrin, ağır ateroskleroz və hipertoniya xəstəliklərindən əziyyət çəkənlərin, hamilə qadınların istifadə etməsi tövsiyyə edilməsə də böyük şəbəkə marketlərdə satışı yaş məhdudiyyəti qoyulmadan, eləcə də digər amillər nəzərə alınmadan həyata keçirilir.

Bu kimi hallar necə tənzimlənməlidir?

Sualımıza Qida Təhlükəsizlik Agentliyindən verilən cavaba görə hazırda enerji içkilərinin satışı ilə bağlı konkret məhdudiyyət olmasa da agentlik həmin enerji içkilərinin reklamının, eləcə də 18 yaşına çatmayan şəxslərə bu içkilərin satışının məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlayaraq müvafiq dövlət qurumlarına təqdim ediblər:

"Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərinin satışı və istifadəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlayıb. Təkliflər arasında enerji içkilərinin reklamının və 18 yaşa qədər olan şəxslərə bu içkilərin satışının məhdudlaşdırılması da var.

Təklif edilir ki, enerji içkilərinin markalanması zamanı üzərində kofeinin miqdarı qeyd edilsin və insan sağlamlığı üçün təhlükəli olması bildirilsin. Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı təklifləri aidiyyəti qurumlara təqdim edib.

Həmçinin AQTA tərəfindən enerji içkilərinin fəsadları ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Bunlardan biri də “Sağlam məktəbli” layihəsidir. Layihə çərçivəsində AQTA mütəxəssisləri Bakı və respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində şagirdlərə enerji içkilərinin zərərləri haqqında məlumat verir. Qeyd edək ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »