Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misirdə nəhəng qəsr tapıldı

Misirdə bir-birinin ardınca tarixi tapıntılar aşkar edilir. İndi də bu ölkədə nəhəng qədim qəsr tapılıb.

Bizimyol.info xəbər verir ki, söhbət eramızdan əvvəl 525-ci ildə yaşayan fironların 26-cı nəslindən gedir. Qəsrdə farsların işğalına işarə vuran xeyli əlamətlər var. Divar rəsmləri döyüş təsvirləri ilə zəngindir. Təsvirlər deməyə əsas verir ki, qədim misirlilər onda çox ciddi düşmənlə üz-üzə qalıblar.

Qəsr kərpicdən tikilib. Divarların eni 7 metri keçir.

Tədqiqatçılar xeyli eksponat da aşkar edib. Otaqlarda içində qum olan gil qablar var.

Qəsrdə üzərində çar I Psammetixin adı olan zinət əşyası da tapılıb. Bu dövlət başçısı tarixdə assiriyalıları Misirdən qovmaqla qalıb.

Son xəbərlər
Bütün xəbərlər »