Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT-in sessiyasında Dağlıq Qarabağ müzakirələri aparılacaq

ATƏT Parlament Assambleyasının iyulun 4-8-də Lüksemburqda keçiriləcək 28-ci illik sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılacaq.

Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Baş Komitənin iclasında irlandiyalı məruzəçi Alan Farrelin “Təhlükəsizliyin təmin olunması məqsədilə davamlı inkişafın irəli aparılması: Parlamentlərin rolu” adlı hesabatı müzakirə olunacaq. Hesabatda göstərilir ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundakı münaqişənin həllində davamlı irəliləyişin olmaması narahatlıq mənbəyidir.

Bildirilir ki, münaqişənin həlli BMT TŞ-nin 822, 853, 874 və 884-cü qətnamələrində və BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət”ə dair qətnamələrdə təsbit olunub. Həmçinin qeyd olunur ki, 2005-ci ildə ATƏT PA –da ATƏT-in faktaraşdırıcı missiyasının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə dair hesabat qəbul edilib. Vurğulanır ki, bu və digər münaqişələrlə bağlı qəbul olunmuş qətnamələrdə ATƏT PA münaqişələrə cəlb olunmuş üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam dəstəyini təsdiqləyir.

Həmçinin hesabatla əlaqədar qəbul olunması nəzərdə tutulan qətnamə layihəsi də açıqlanıb. Layihədə ATƏT regionunda Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundakı münaqişə kimi həlli uzanan münaqişə tərəfləri arasında konstruktiv dialoqun qurulmasında davamlı irəliləyişin olmamasından narahatlıq ifadə olunur.

Qətnamə layihəsində bildirilir ki, ATƏT PA üzv ölkələri münaqişələrin həllində mövcud formatlar çərçivəsində hədəfə yönəlmiş danışıqların intensivləşməsinə həvəsləndirir və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq çərçivədə tanınmış sərhədlərinə tam dəstək çərçivəsində münaqişə tərəflərini hərtərəfli və uzunmüddətli sülhün əldə olunması üçün şərtsiz xoşməramlı danışıqlara qoşulmağa çağırır. (ona.az)

Son xəbərlər
Bütün xəbərlər »