Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi dünya çempionunun "Barselona"ya transferini istəmir

Fransa milli komandasının lideri Antuan Qrizman “Barselona”ya keçməyə yaxındır. Amma transferin yüz faiz baş tutacağını əminliklə demək olmur.

Bizimyol.info xəbər verir ki, “Barselona”nın argentinalı ulduzu Lionel Messinin keçidin əleyhinə olduğu bildirilir. Avropa mətbuatında bununla bağlı bir neçə yazı dərc olunub.

“Barselona” hələ keçən il transferi həyata keçirməyə çalışırdı. Amma Qrizman son anda “yox” demişdi. Elə Messinin xoşuna gəlməyən məqam da budur. Təkcə argentinalı yox, “Barselona”nın daha bir neçə futbolçusu keçidin əleyhinədir.

Qrizman Qrizman | Foto: Valentyn Ogirenko / Reuters

“El mundo Deportivo” qəzeti yazır ki, Qrizman klubun adına görə Kataloniyaya gəlir. Əslində, o, pul itirəcək. Çünki “Atletiko”da ildə 23 milyon avro qazanırdı. “Barselona”da isə ona 16 milyon avro vəd edirlər.

Messi guya Qrizmana zəng vurub söhbətləşməsi haqda xəbəri də təkzib edib. Argentinalı açıq-aşkar göstərir ki, transfer onu məmnun edə bilməz.

Bukmekerlər isə keçidin baş tutacağına çox inanır. Əmsallar belə deməyə əsas verir. Transferin baş tutmamasına böyük pul qoyub haqlı çıxanlar yaxşı varlana bilər.

Son xəbərlər
Bütün xəbərlər »