Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran soğan ixracına qoyulmuş qadağanı ləğv etdi

İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin göstərişi ilə soğan ixracına qadağa ləğv olunub. Bu barədə Gənc Jurnalistlər Klubundan (YJC) məlumat verilib.

Məlumata əsasən, soğan satışında İranın cənubunda yerləşən Xuzistan vilayəti təsərrüfatçılarının problemlərini nəzərə alaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məhsulun miqdarının artıq olduğu təsdiqlənib.

İranın sənaye, mədən və ticarət naziri bunu əsas götürərək soğanın ixrac edilməsi ilə bağlı gömrük orqanlarına göstəriş verib və bu gecədən soğan ixracına qadağa ləğv olunur.

Xatırladaq ki, İranda yerli bazarı tənzimləmək məqsədilə 4 aprel tarixindən soğanın ixracı İranın sənaye, mədən və ticarət nazirinin göstərişi ilə qadağan olunmuşdu. (Trend.az)

Son xəbərlər
Bütün xəbərlər »