Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobus sürücüsünə hökm oxundu

Qadının ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiyanın hökmü ilə B.Həmzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalından həbs edilib.

Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi baş vermişdi.

Qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »