Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başqa planetdə yaşayanlara musiqi göndəriləcək

Başqa planetdə yaşayanlar Yer kürəsindəki müasir musiqini dinləyə biləcəklər. Bunun üçün kosmosa xüsusi plastinka göndəriləcək.

Bizimyol.info xəbər verir ki, NASA hələ məsələyə münasibət bildirməyib. Yəni təşəbbüsə rəsmi reaksiya yoxdur.

Təşəbbüs baş tutsa, bu, kosmosa dördüncü belə göndəriş olacaq. İlk dəfə 1972-ci ildə “Pioner-10” aparatı tarixi missiyanı yerinə yetirmişdi. Alüminium plastinkada Yer kürəsi haqda xeyli informasiya yer almışdı.

Plastinkaya nələr daxil edilmişdi? Bir çox nüanslar sizə qəribə görünəcək. Məsələn, çılpaq kişi və qadın görüntüləri. Bundan başqa, Günəşin Qalaktikadakı yeri, Günəş sistemindəki bütün planetlər (o vaxt Plutonun da adı yazılmışdı).

Təşəbbüs məşhur astronom Karl Saqandan gəlmişdi. NASA-nı yola gətirmək mümkün olmuşdu. Astronoma həyat yoldaşı Linda və Frensis Dreyk kömək etmişdi.

Plastinka üç həftəyə hazırlanmışdı. İctimaiyyət xəbər tutanda xeyli tənqid səslənmişdi. Xüsusilə də əxlaqsız materiallara görə... Feministlər az etiraz etməmişdi. Buna görə də müəyyən redaktəyə əl atmaq lazım gəlmişdi.

İndi kosmosda üç belə plastinka “uçur”. “Pioner-10” Aldebaran ulduzlar sistemiə doğru yön alıb. Təxminən 2 milyon il sonra ora çatacaq. Ardınca yola düşən “Pioner-11” əvvəlcə Yupiterə, sonra isə Saturna yaxınlaşmışdı. İndi kosmik cihaz Qartal bürcünə doğru gedir. Hələ 4 milyon il yol var. Sonrakı göndərişləri “Voyacer” və “Yeni üfüqlər” üzərinə götürmüşdü.

Həmin plastinkalarda başqa informasiyalar da vardı. İnformasiya həcminin 78 faizini musiqi tutub. Orada 55 dildə salamlama (hətta qədim yunan və latın dillərində), okeanın, quşların, həşəratların, insan addımının, balta zərbəsinin, təyyarənin səsi də var. Üstəlik, başqa planetdə yaşayanlar BMT-nin ovaxtkı rəhbəri Kurt Valdhaymın və ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin çıxışını dinləyə bilərlər. “Yeni üfüqlər”in son səfəri zamanı plastinkaya 434 min 738 nəfərin adı yazılıb. Uzaq planetlərdə bundan xəbər tutsalar, ABŞ bayrağının formasını da görəcəklər.

Son xəbərlər
Bütün xəbərlər »