Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Monika Beluççi və qızı Deva Kassel: Kim daha gözəldir... - Foto

Dünyanın ən gözəl aktrisalarından sayılan Monika Beluççi iki dəfə ərdə olub. Məşhur aktyor Vensan Kassellə nikahdan iki qızı dünyaya gəlib. Kiçik qızı Leoninin heç 10 yaşı tamam olmayıb.

Bizimyolinfo xəbər verir ki, indi Monikanın gözəlliyini böyük qızı Deva Kassellə çox müqayisə edirlər. Qərb mətbuatında bu haqda müxtəlif yazılar gedir. “Dolce&Gabbana”nın reklam kampaniyasının ulduzuna çevrilən 19 yaşlı modelin anasından çox şey götürdüyünü düşünürlər.

Deva Kassel və anası Monika Beluççinin eyni yaşda fotoları Deva Kassel və anası Monika Beluççinin eyni yaşda fotoları | Foto: Instagram @jocelyne_ct_67

Deva sosial şəbəkələrdə anası ilə birlikdə çoxlu şəkillərini yerləşdirir. Bu günlərdə “Instagram”da belə foto gözə dəyir. Deva şəklini anasının cavanlıq fotosu ilə müqayisə edir. Çoxluq bu fikirdədir ki, yaman oxşayırlar.

Fransanın “Voici” qəzetinin yazdığına görə, 54 yaşlı aktrisa bu müqayisələrdən xəbərdardır və çox fəxr edir. Sosial şəbəkələrdəki rəylərdə hər ikisinin ilahi gözəlliyi olduğunu bildirirlər.

Vensan Kassel Vensan Kassel

Keçən ilin dekabrında “Dee Jay” nəşri Monikanın özünə xeyli gənc sevgili tapdığını yazmışdı. Qəzet Beluççinin hələ də 36 yaşlı rəssam Nikol Lefevr ilə birlikdə olduğunu hesab edir.

Son xəbərlər
Bütün xəbərlər »