Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FTX: Sərhəddə 5 min İŞİD silahlısı toplaşıb

"Əfqanıstanın MDB ilə həmsərhəd şimal vilayətlərinə terrorçuların toplanması xüsusilə narahatlıq doğurur. Bu bölgələrdə İŞİD-in qolu olan "Vilayət Xorasan" qruplaşması artıq 5 minə yaxın silahlı toplayıb".

RİA "Novosti"xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Rəhbərlərinin Şurasının iclasının açılışında deyib.

Onun sözlərinə görə, silahlıların böyük hissəsini Suriyada döyüşmüş MDB ölkələrinin vətəndaşları təşkil edir.

A.Bortnikov bildirib ki, beynəlxalq terrorçuların Şimali Afrikada və Asiyada özlərinə yeni fəaliyyət sahələri yaratması getdikcə dayanıqlı xarakter alır. (report)

Son xəbərlər
Bütün xəbərlər »