Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bərdədə kişi arvadını bıçaqlayıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Rafiq Əliyev həyat yoldaşı 38 yaşlı Tahirə Əliyevanı bıçaqlayıb.

Bir neçə bıçaq xəsarəti alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.(report)

Son xəbərlər
Bütün xəbərlər »