Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən təhlükəsiz avtomobili istehsal olundu - Fotolar

Almaniyanın “Mercedes-Benz” şirkəti yeni avtomobili təqdim edib. “Experimental Safety Vehicle” həm də dünyanın ən təhlükəsiz maşını sayılır.

Bizimyol.info xəbər verir ki, “Mercedes-Benz” bununla da yeni aktiv təhlükəsizlik texnologiyasını nümayiş etdirib. Avtomobil sürücüsüz hərəkətdə olacaq. Radiator barmaqlığı, şüşələrində və damında başqaları üçün informasiya yer alan ekranlar nəzərdə tutulub. Bundan başqa, maşının yoldakı situasiyaya uyğun işıqların parlaqlığını dəyişdirə biləcək xüsusi fənərləri var.

Mercedes-Benz

Avtomobildə zərbələr haqda əvvəlcədən məlumat verən sistem də qurulub. Bu sistem nəticəsində maşın zərbədən yayına biləcək. Avtomobildə uşaqların təhlükəsizliyinin ayrıca qayğısına qalıblar.

Mercedes-Benz

“Mercedes-Benz” yaxın gələcəkdə əksər yeni avtomobil seriyalarında aktiv təhlükəsizlik texnologiyasından istifadə edəcək.

Mercedes-Benz

Gələn il isə Almaniya şirkəti tarixinin ən sürətli maşınının təqdimatını planlaşdırır.

Son xəbərlər
Bütün xəbərlər »