Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaradərililərin yaratdığı 5 əfsanəvi musiqi janrı - SİYAHI
21-ci əsr olmasına baxmayaraq, biz hər gün müxtəlif ölkələrdən, xüsusilə də Amerika Birləşmiş Ştatlarından rasizm əsaslı bir çox cinayət xəbərləri alırıq. Əsrlər keçməsinə, insanın bir çox nailiyyətlərə imza atmasına baxmayaraq, hələ də qaradərililərin daha aşağı səviyyəli insanlar olduğunu iddia edən “adamlar” mövcuddur. Biz isə, bu cür düşünən insanlarla bir cəmiyyətin parçası olduğumuza görə təəssüflənə və onlarla mübarizə apara bilərik. Xüsusilə də bu cür musiqiləri eşitdikdən sonra. Pahoo.az musiqi dünyasına məhz qaradərililərin bəxş etdiyi 5 musiqi janrını sizə təqdim edir:

BLUES

Bu janrının kökləri Afrikaya gedib çıxır. Amerikaya kölə olaraq işlətmək üçün gətirilən insanların arasında çox populyar idi. Blues özündə əzabı, ədalətsizliyi əks etdirən musiqidir. 1865-ci ildə Amerikada köləliyin ləğv edilməsi ilə bərabər qaradərililər cəmiyyətə qarışması bu musiqi janrının yayılmasına səbəb oldu. Ağdərili insanlar illər əvvəl qaraların yazdığı mahnıları “cover” edərək, daha da populyarlaşdırdı.

Əsas sənətkarlar: B.B King, Misissipi John Hurt, Skip James, Muddy Waters

JAZZ

1900-ci illərin əvvəllərində yenə də Amerikada yaranan bu musiqi janrı anti-burjua və üsyanın təcəssümü hesab olunur. Həmin dövr irqindən və rəngindən asılı olmayaraq müasir sənətkarlar üçün ilham qaynağı olmuşdu. Jazz ilk popularlaşmağa başladığı illərdə rəqs musiqi idi.

Əsas sənətkarlar: Louis Armstrong, Charlie Parker, Dizzy Gilespy

ROCK’n’ROLL

50-ci illərdə Elvis Presley səhnələrə çıxmağa başlayanda Fats Domino, Ray Charles və Big Mama Thornton artıq “rok” oxuyurdular. Əvvəlcə Amerikaya, daha sonra isə sürətlə bütün dünyaya yayılan Rock’n’roll’un atası Luois Jordan sayılır.

Əsas Sənətkarlar: Louis Jordan, Chuck Berry, Howlin’ Wolf, Wynonie Harris

FUNK

Pop və caz musiqisinin birləşməsi nəticəsində yaranan musiqi janrıdır. Jazz’ın improvizasıyası hesab edə biləcəyimiz janrdan Milies Davis və Herbie Hancock kimi jazz ustaları da istifadə edib. “Funk” sözü “cinsi münasibət zamanı bədəndən gələn qoxu” mənası daşıyır.

Əsas sənətkarlar: James Brown, Steve Wonder, Kool & The Gang

HOUSE (EDM)

Bu janr Frenkie Knuckles adlı DJ’in Manhattan’də Upper West Side adlı klubda ortaya çıxarması ilə yaranmışdı. House qısa zamanda Chicago klublarında, oradan isə bütün Avropaya yayılaraq populyarlaşmağa başladı.

Son xəbərlər
Bütün xəbərlər »