Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski Rusiyaya qarşı çağırışlarla çıxış edib

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

Bu barədə prezidentin mətbuat xidməti dövlət başçısının andiçmədən sonra Kiyevdə ABŞ Konqresinin və administrasiyasının nümayəndələri ilə görüşünə istinadla məlumat yayıb.

“ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi davam etdirməsini istəyərdim”, - Zelenski belə deyib.

O, həmçinin Ukraynanın suverenliyinin bərpası və ərazisinin bütövlüyü məsələsində liderliyinə görə ABŞ tərəfinə təşəkkürünü də bildirib:

“ABŞ hər şeydən əvvəl Rusiya zorakılığının aradan qaldırılmasında Ukrayna üçün güclü və çox ciddi tərəfdaşdır. Təklikdə biz Donbassda və Krımda bu zorakılığın öhdəsindən gələ bilmərik. Buna görə də sizing köməyinizə ehtiyacımız var”, - deyə yeni prezident vurğulayıb. (ona.az)

Son xəbərlər
Bütün xəbərlər »