Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada “şəriət polisləri” gecələr reyd keçirirmiş

Almaniyada şərti olaraq, “şəriət polisləri” adlandırılan şəxslərin məhkəməsi gedir. Mayın 20-də ikinci məhkəmə iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində 7 nəfər çıxarılıb. Onlar 27-37 yaş arasındadır. Təqsirləndirilən şəxslər uniforma geyim qaydalarını pozmaqda ittiham edilirlər. Onları iki ilə qədər həbs cəzası gözləyir.

2014-cü ildə inanclı fəallar üzərində “şəriət polisləri” yazılmış jiletlərlə gecə şəhərə çıxıb reyd keçiriblər. Onlar küçədə gənclərlə söhbətləşərək, onları spirtli içki və tütündən çəkinməyə çağırıblar. Həmçinin onlara izah etməyə çalışıblar ki, gecə klublarına, barlara, diskotekaya getmək pis vərdişlərdir, onlardan da imtina etmək lazımdır.

Dindarlar daha sonra bu hərəkətlərinin videogörüntülərini internetdə yayıblar.

O zaman daxili işlər naziri Tomas de Mezyer bu hadisə ilə əlaqədar xüsusi bəyanatla çıxış etmişdi. Bildirmişdi ki, Almaniya hökuməti bu torpaqlarda şəriət qaydalarını heç bir halda, qəbul etməyəcək. Heç kimə də bu cür üsullarla polisin nüfuzunu ləkələməyə imkan verilməyəcək.

Bundan sonra sözügedən dindar qruplar “gecə reydlərinə” son qoyublar.

Maraqlıdır ki, 2016-cı ildə məhkəmə sözügedən yeddi nəfər “şəriət polisi” haqqında bəraət hökmü çıxarıb. Lakin 2018-ci ildə Federal Məhkəmə Palatası hökmü ləğv edib və iş yenidən baxışa göndərilib.

Son xəbərlər
Bütün xəbərlər »