Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parisdə “qara jiletlilər” hava limanını bağladı

Fransanın paytaxtı Parisin Şarl de Qol (Ruasi) aeroportunda miqrantlar etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları özlərini “qara jiletlilər” adlandırıblar.

Aksiyanın keçirilməsinə səbəb Fransadan deportasiya olunan əcnəbilərin sayının artmasıdır. Etirazçılar Fransa hava yolları şirkətindən deportasiyaya hər cür yardım göstərməyi dayandırmağı tələb ediblər.

500 nəfərə yaxın sənədsiz şəxs Fransa hava yolları şirkətinin qaçqınların deportasiyası ilə məşğul olan qurumlar ilə əməkdaşlığına qarşı etiraz olaraq aeroportun 2F terminalına yığışıb.

Ötən il Fransadan deportasiya olunan şəxslərin sayı 20 faiz artıb. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »