Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Fuad Abbasovun deportasiya ediləcəyi tarix açıqlandı
Fuad Abbasov

"Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək".

Bunu "Report"un Rusiya bürosuna açıqlamasında onun vəkili Elman Paşayev deyib.

"Jurnalist Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Mən indi onunla görüşdüm. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək".

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də "Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması" adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.

Paylaş »
››› İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Türkiyə bu qızın ölümünə ağlayır - Foto
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
Son xəbərlər
Bütün xəbərlər »