Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messidən növbəti "50+"

Argentinalı futbol ulduzu Lionel Messi altıncı dəfə mövsüm ərzində vurduğu qolların sayını 50-yə çatdırıb. İspaniya çempionatında “Eybar”la görüşdəki dubl “Barselona”nın liderinə kömək edib.

Bizimyol.info xəbər verir ki, Messi bununla da indiki mövsümün bütün turnirlərində 50-ci qolunu rəsmiləşdirib. Dünya ulduzu istəyinə 49 oyunda çatıb. Bu qarşılaşmalarda 19 dəfə komanda yoldaşlarının fərqlənməsində pay sahibi olub.

Messi ilk dəfə 2010/11 mövsümündə “50+” etməyi bacarmışdı. Onda rəqib qapılarından 53 top keçmişdi. Bundan bir il sonra argentinalı rekorda imza atmışdı: 73 qol. Sonralar Messinin 60, 58, 54 qol vurduğu mövsümlər də oldu.

“Barselona”nın lideri bu mövsüm qollardan 36-nı İspaniya çempionatında, 12-ni Çempionlar Liqasında, 2-ni başqa turnurlərdə adına yazdırıb. Ümumilikdə karyerası ərzində 667 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »