Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldu kuboku oğlunun başına vurdu – Video

“Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu “Seria-A” çempionluğunu meydanda qeyd etdiyi vaxtda təsadüfən əlində tutduğu kubokla oğlunun alnını əzib.

Hadisənin görüntüsü “Cristian Ronaldu” “Telegram” kanalında yayılıb.

Ronaldu ilə birlikdə onun çempionluq sevincini nişanlısı Corcina Rodriges, anası Dolores Aveyru və oğlu Kriştianu (kiçik) qeyd edib. Balaca Kriştianu zərbədən xəsarət almayıb və çox keçmədən atası ilə kubokla şəkil çəkdirib.

Xatırladaq ki, mayın 19-da “Yuventus” İtaliya çempionatı çərçivəsində son ev oyununu keçirib. “Atlanta” klubuna qarşı matç 1:1 hesabı ilə başa çatsa da, turinlilər hələ aprelin 20-də “Seria A” çempionluğunu təmin edib. Bu “Qoca sinyoranın” ardıcıl səkkizinci İtaliya çempionluğudur.

Son xəbərlər
Bütün xəbərlər »