Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rüsumların artırılması turizmin inkişafına birbaşa əngəldir"

Ötən həftə Parlamentdə “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi olub.

Rüsumların artırılmasının iqtisadi əsasları varmı?

"Finans.az" xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu layihədə diqqəti cəlb edən bir sıra məqamlar var: "Əvvəlla, 2 illik çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları təklif edilir. Maraqlıdır ki, turizimin inkişafının prioritet olduğu bir dövrdə çoxdəfəlik giriş viza üçün izah edilməsi çətin olan məbləğdə viza rüsumu təklif olunur. Avropa Birliyinin 26 ölkəsinə çoxdəfəlik giriş imkanı verən 5 illik vizanı pulsuz aldığım halda, biz müddəti 2,5 dəfə az olan Azərbaycan vizasını Avropa ölkəsi vətəndaşına 350 dollara təklif edirik. Bu təbii ki, turizmin inkişafına birbaşa əngəldir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən bu ilin birinci rübündə ölkəmizə 610,8 min turist gəlib və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9% azdır. Göründüyü kimi, bu il ölkəyə gələn turistlərin sayında azalma var. Aprel ayında isə cəmi 0,1% artım olub".

İqtisadçı-ekspert Vüqar Bayramov: "Belə olan halda, yüksək rüsumların təklif edilməsinin iqtisadi əsaslarının izah olunması mümkün deyil. Bu rüsumdan dövlət büdcəsinin də ciddi qazancı olmayacaq. Əksinə ölkəyə gələn turistlərin sayına mənfi təsir göstərəcək"

"Başqa tərəfdən, məktəbəqədər təhsil müəssisələri, yəni uşaq bağçaları açmaq üçün 3 000 manat rüsum təklif olunur. Əksər inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsil müəssisələri yaratmaq üçün dövlət subsidiya və ya güzəştli kredit təklif edir, biz isə yüksək rüsumlar ilə yeni bağçaların açılmasının qarşısını alırıq. Halbuki, məktəbəqədər təhsil müəssisələrində təhsilin və tərbiyənin keyfiyyətini artırmaq üçün bu sektorda rəqabəti gücləndirməliyik. Nəzarətin artırılması ilə belə müəssisələrin sayının çoxalması bu sahədə daha keyfiyyətli xidmətin təklif olunmasına imkan yarada bilər", - deyə, ekspert əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »