Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”

“İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) vasitəsilə “Dilqas” Ticarət Mərkəzində yanğından əziyyət çəkmiş 460 sahibkarın problemi həll edilib”.

Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən "Kiçik və orta biznesin İnkişafında ictimai şuraların rolu” mövzusunda forumda bildirib.

Xatırladaq ki, martın 26-da baş vermiş hadisə nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub. (Report)

Son xəbərlər
Bütün xəbərlər »