Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgi hormonunu bu yolla artırın

Sevən birisi xoşbəxtdir, gələcəyə ümidlidir, özünə güvəni vardır və sosialdır. Ertəsi gün oyandığında hələ də aşiqdir. Sevgi hormonu olaraq bilinən beynin hipotalamus bölgəsində ifraz olunan oksitosin insanda özgüvəni artırır, artIq çəkili olsanız belə, özünüzülə barışmış olursuz.

Oksitosin səviyyəsi artdıqca əvvəllər sosial ortamda utananlar, sıxılanlar rahat olmağa başlayırlar. Oksitosin xüsusən də kişilərdə sevdiklərinə qarşı sədaqəti artırır. Kişilərin qoruyucu gücü artır. Stressi azaldır. Cinsi istəyi artırır. Oksitosin artdıqca kişi sevdiyi insanı başqalarından daha cazibədar hesab edir. Ağrını rahatlıqla hiss etməzlər.

Oksitosin səviyyəsini artırmaq üçün...

Ən asan yol bir-birini qucaqlamaqdır. Sarılmaq sevən tərəflərdə oksitosin səviyyəsini yüksəldir.

Xəyal qurun

Bir-birinizlə gələcəklə bağlı nə qədər çox xəyal qurarsanız, sevginiz o qədər alovlanacaq.

Partilərə qatılın, rəqs edin, tullanın, enerjinizi tükədən işlərlə məşğul olun.

Əl-ələ gəzin. Birgə idman edin.

Masaj etdirin. Zeytun yağlı kərəvəz, qoz, banan, çiyələk, darçın, quşqonmaz yeyin.

Son xəbərlər
Bütün xəbərlər »