Stüardessalar bu sərnişinlərə könüllü olaraq təyyarədən enmələrini və qarşılığında 800 dollar verəcəklərini təklif ediblər. Lakin təyyarədən düşmək istəyən olmayıb. Buna görə də, uçuşun həyata keçməsi üçün 4 sərnişin təyyarədən zorla endirilib.
Tək oturan və həkim olduğu deyilən şəxs təyyarədən düşmək istəməyib. Bu zaman o, təhlükəsizlik işçiləri tərəfindən döyülərək, sürüklənərək təyyarədən endirilib.
Təyyarə Çikaqo-Luisvil reysini həyata keçirirmiş. Baş verən qalmaqal dünya mediasında səs-küy yaradıb.
Görüntülərdə həkimi zorla təyyarədən çıxarmağa çalışırlar. O isə qışqıraraq onlara müqavimət göstərir. Bu zaman başı oturacağın tininə çırpılan sərnişin huşunu itirib. Onu qollarından tutub sürükləyərək təyyarədən endirirlər.
Olayla bağlı aviaşirkətin “Twitter” hesabından qısa bir not qeyd edilib:
seyahetchi.com