Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paltarların təhlükəli tərəfi aşkarlandı

“Paltarda havaya daxil olan müxtəlif kimyəvi maddələr və hissəciklər ola bilər”,- Avstriyanın “Der Standard” qəzeti bu cümlə ilə başlayan yazı dərc edib.

Bizimyol.info xəbər verir ki, isveçrəli alimlər yeni materialların insan sağlamlığına təsirinin yetərincə öyrənilmədiyini bildirir. “Der Standard”ın yazısında da bu məsələ xüsusi qabardılır. “Antibakterial xüsusiyyətləri olan ultrabənövşəyi şüalardan, sudan, kirdən qoruyan yeni sintetik materiallar çox populyardır. Amma həmin materialların tərkibində kimyəvi maddələrin, hissəciklərin olub-olmaması dəqiq bilinmir”, - Lozanna Federal politexnik məktəbindən Dusan Liçina belə deyir.

Məqalədə bildirilir ki, paltara hopan siqaret tüstüsü, ev heyvanlarından qalan mikroblar, kənd təsərrüfatında, tibdə, sənayedə istifadə olunan təhlükəli maddələr də sağlamlıq üçün problemlər yaradır. Tədqiqatlar siqaret çəkməyənlərin çəkənlərin yanında oturmaqdan qanında və sidiyində nikotin olduğunu da göstərib.

Dusan Liçina əvvəlki araşdırmalarından birində xəstəxanaların reanimasiya və intensiv müalicə şöbələrində yeni doğulan körpələrin immun sisteminə təsir göstərə biləcək havanın keyfiyyətini öyrənib. Alim deyir ki, tiibi heyət gələndən sonra hava hissəciklərinin konsentrasiyası iki dəfəyə qədər artır. Yəni paltarlar yenə öz təsirini göstərir.

Son xəbərlər
Bütün xəbərlər »