Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avroliqanın Bakı finalı ilə bağlı ittihama Azərbaycan hökumətindən reaksiya

Futbol üzrə Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunuyla bağlı müxtəlif səpkidə yalan məlumatlay yayılır.

İndi də iddia olunur ki, erməni soyadı daşıyan azarkeşlərin Bakıda Avroliqanın final qarşılaşmasını canlı izləmək imkanları məhdudlaşdırılır, onlara Bakıya səfər etmək üçün viza verilmir.

Bizimyol.info xəbər verir ki, Britaniya sakini Raffi Uzunyan bu iddia ilə çıxış edib. O, BBC-yə deyib ki, Bakıya səfər üçün təyyarə bileti, bank hesabında yetərincə vəsait olması onun Avroliqanın final qarşılaşmasına stadiondan baxmaq arzusunu gerçəkləşdirməsi üçün kifayət etməyib. Onun sözlərinə görə, elektron viza almaqdan ötrü “ASAN Viza”ya müraciət etsə də, ona imtina cavabı gəlib.

Uzunyan iddia edir ki, imtinanın səbəbi soyadının erməni familiyasına oxşamasıdır.  BBC yazır ki, erməni familiyasına bənzər soyad daşıyan, həmçinin milliyyətcə erməni olan, lakin Avropa ölkələrində yaşayan, həmin ölkələrin vətəndaşı olan çoxsaylı insanlar Azərbaycana viza ala bilməmələrindən şikayətlənir və bu haqda sosial şəbəkələrdə yazırlar.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu iddiaları təkzib edib. Bildirilib ki, soyad və ya milli mənsubiyyətinə görə heç kimin ölkəyə gəlişi məhdudlaşdırılmır. Nazirlik yada salır ki, son illərdə Azərbaycana xeyli erməni idmançı gəlib.

“Ancaq işğal olunmuş torpaqlarımıza – Dağlıq Qarabağ və ətraf rayonlara Azərbaycan hökumətinin icazəsi olmadan xarici vətəndaşlara münasibətdə məhdudiyyət tətbiq olunur”,- Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva BBC-yə bildirib.

Leyla Abdullayeva Leyla Abdullayeva

Uzunyan bildirir ki, 30 ildir “Arsenal”ın azarkeşidir və 1993-cü ildən bu yana komandasının iştirak etdiyi final qarşılaşmasının cəmi birində iştirak etməyib.

Son xəbərlər
Bütün xəbərlər »